İctimaiyyət

Azər Qasımlı 30 sutkalıq həbs edildi

Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyasının təmsilçisi Azər Qasımlıya 30 sutka həbs verilib.

Bu barədə jurnalistlərə vəkil Elçin Sadıqov məlumat verib:

“Məhkəmədə o polisə tabe olmamaqda günahlandırıldı. Polisin iddasına görə, O küçədə ünvansız söyüşlər söyüb. Azər Qasımlı ittihamı qəbul etmədi. O, hesab edir ki, inzibati qaydada həbsi dünən, mayın 28-də Bakının mərkəzində 28 May – Respublika Günü münasibətilə yürüş keçirmələri ilə bağlıdır.”

Daha çox göstər
Back to top button