Ermənistan dinc ölkədir, lakin biz özümüzü müdafiə edə bilərik: Nikol Paşinyan

Mən hər şey haqqında dincliklə danışıram. Ermənistan dinc ölkədir, biz sülh sevər millətik. Bu haqda DW –nin “Немцова. Интервью” ilə söhbətdə ER Baş naziri Nikol Paşinyan bildirib.
“Mən ümid edirəm ki, siz, məsələn Aİ, ABŞ, İran, Gürcüstan və diğər ölkələrə qarşı, hər hansı bir təcavzü fərq etməmişsiniz. Əlbəttə ki, lazım olanda biz özümüzü müdafiə edə bilərik, lakin Rusiya ilə sıx münasibətlərimiz var və əminəm ki, bunlar daha da dərinləşəcəklər.
Bizim Aİ ilə yaxşı münasibətlərimiz var və gələcəkdə bunları daha da inkişaf etdirmək niyyətindəyik. Biz ABŞ, İran, Gürcüstan və diğər bütün maraqlı ölkələrlə əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik”,-deyə paşinyan qeyd etdi.
Mayın 14-də Soçidə Rusiya Federasiyası prezidenti Vladimir Putinlə Avrasiya İqtisadi Birliyi sammitində baş verən görüşlə bağlı suala Paşinyan cavab verib ki, sammitdə çox xoş atmosfer idi: “Düşünürəm ki, bu mərhələdə bizim aramızda çox yaxşı şəxsi münasibətlər yaranıblar və bunlar zaman ərzindəö daha da yaxşılaşacaqlar. Biz yalnız erməni-rus münasibətləri və AİB, KTMT təşkilatının müqaviləsi çərçivəsində çoxtərəfli əlaqələr haqqında danışdıq, lakin Ermənistan və Aİ, Ermənistan və ABŞ və üçüncü ölkələr ilə münasibətlər haqqında danışmadıq”.