Siyasət

Ermənistan-Gürcüstan münasiobətlərinə təkan vermək üçün böyük potensial var: Paşinyan

Ermənistan siyasi gündəmində Gürcüstanla əlaqələrin gələcək inkişafı xüsusi əhəmiyyət daşıyır. Tbilisidə Gürcüstan Baş naziri Grigori Kvirikaşvili ilə görüşdən sonra jurnalistlərə ER Baş naziri Nikol Paşinyan bildirib.

ER Baç nazir əlavə etdi ki, erməni-gürcü münasibətlərində olan müsbət mühit iqtisadi, siyasi əlaqələrində və diğər əməkdaşlıq sahələrində konkret nəticələrə çəvirilə bilər. “Mən ümid edirəm ki, biz gələcəkdə parlamentlərarası komitəsinin işlərinin aktivləşməsi ilə ikitərəfli əməkdaşlığın bütün sahələrində konkret nəticələr qeyd edəcəyik”,-deyə Nikol Paşinyan qeyd etdi.

O vurğulayıb ki, Gürcüstanlı həmkarı ilə erməni-gürcü əlaqələrində uzunmüddətli viziona olan ehtiyacı müzakirə etdilər.

Baş nazir Paşinyan xatırlatdı ki, Ermənistan və Gürcüstanın birgə layihələri var və bu layihələrin yüksək səviyyədə həyata keçirilməsi üçün aktiv çalışmalar aparılacaq.

O vurğulayıb ki, Gürcüstan Baş naziri ilə görüş zamanı regional sabitliyinə əhəmiyyət verilib. “Biz regional sabitliyinə, təhlükəsizliyinə və sülhə dair müzakirələr etdik. Biz burada da səylərimizi birləşdirərəcəyik, çünki regiondakı sülh bizim üçün önəmli prioritetdir və gələcək inkişafının əhəmiyyətli şartlarındandır”.

ER Baş naziri qeyd etdi ki, Gürcüstana erməni-gürcü əməkdaşlığı üçün aydın prespektivləri açmağa, problemlərini həll etmə imkanları yaratmağa gəldilər. O əminliklə bildirib ki, erməni-gürcü münasibətlərində iki ölkə maraqlarına cavab verən ciddi və yeni inkişaflar olacaq.

Daha çox göstər
Back to top button