Siyasət

Ermənistan və Gürcüstan Baş nazirləri birgə bəyanatla çıxış ediblər

Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti rəsmi səfəri ilə Gürcüstandadır. Tbilisi beynəlxalq hava limanında ER baş nazirini Gürcüstan Baş nazir müavini, Xİ naziri Mixayil Canelidze qarşıladı.

Hökumətdən verilən məlumata görə, ER Baş nazirin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan hökumətinə getdi və orada Nikol Paşinyan və Gürcüstan Baş naziri Grigori Kvirikaşvili arasında görüş keçirilib.

Rəsmi səfəri ilə Gürcüstanda olan Baş nazir Paşinyan və Gürcüstan Baş naziri az əvvəl birgə bəyanatla çıxış etdilər.

Giorgi Kvirikaşvili ER Baş nazirinin Respublikanın yaranmasının 100 illik yubileyində etdiyi səfərini simvolik hesab edib.

Gürcüstan Baş nazirinin bildirdiyinə görə, əməkdaşlığın əsas istiqamətləri, ticarət əlaqələri, nəqliyyat, enerji, turizm, mədəniyyət və təhsil sahələrinə dair məsələlər müzakirə olundu.

“Ermənistanın sabitliyi və demokratik inkişafı Gürcüstan üçün çox önəmlidir. Bunun üçün də Gürcüstan dost Ermənistanda baş verən son hadisələri maraqla izləyir. Erməni xalqı bütün dünyaya bütövlüyünü və demokratik prinsiplərə sadiqlik olduğunu göstərib. Hörmətli Baş nazir, Gürcüstan hökumətinin və şəxsən mənim adımdan gələcək səmərəli işlərlə bağlı hazır olduğumuzu bir daha da təsdiq edirəm”,-deyə Gürcüstan Baş naziri qeyd etdi.

Nikol Paşinyan da ilk səfərini Gürcüstana etdiyini böyük şərəf hesab edib.

 

Daha çox göstər
Back to top button