Ermənistanda siyasi proseslər heç bir xarici element olmayıb.Almaniyanın Deutsche Welle xidmətinə verdiyi müsahibəsində bu baqda ER baş naziri Nikol Pashinyan bildirib.
Ermənistanda hökumət dəyişikliyi xalqın qərarı ilə baş verib, heç bir şiddət olmadan baş verən bir məxməri inqilab idi. Mən ER Konstitusiyasına uyğun olaraq baş nazir seçilmişəm. Bizim hərəkətimizdə heç bir geosiyasi kontekst olmayıb və yoxdur, xarici siyasət məsələləri yoxdur.Ermənistanda tam milli qərar və tamamilə daxili siyasi proses olub”- deyərək Nikol Paşinyan qeyd edib. Baş nazir qeyd etdi ki, həmin günlərdə beynəlxalq mətbuatda fərqli vurğularla dərclər olunmuşdur. Xüsusən, bəzi nəşrlərdə Ermənistandakı hərəkatı bir sıra xarici siyasi qüvvələrlə əlaqəli olduğu kimi təqdim etməyə cəhd göstərilmişdir.
“Bizim xarici siyasi prosesimizdə hər hansısa dəyişiklik olmadı.Biz müxtəlif istiqamətlərlə işi inkişaf etdirməyi davam edəcəyik. Bu Rusiyaya,ABŞ-a ,Gürcüstana,İrana, və digər dövlətlərlə olan münasibətlərimizə aiddir.
Xarici siyasətçilik vektoru eyniylə qalır, hansı ki, çevrilişə qədər olmuşdur”-deyərək ER baş naziri qeyd edib.