İctimaiyyət

REAL-ın daha bir fəalının həbs edildiyi deyilir

«REAL Partiyası Ali Məclis üzvü, mayın 28-də keçirilmiş Cümhuriyyət yürüşünün iştirakçısı Elmin Həmzə inzibati cəza alıb». Bunu AzadlıqRadiosuna partiyanın təmsilçilərindən biri Natiq Cəfərli bildirib.

Onun deməsinə görə, bu gün, mayın 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Həmzə polisin tələblərinə tabe olmamaqda təqsirli bilinib və 25 sutka inzibati cəza alıb.

N.Cəfərlinin vurğulamasına görə, REAL-ın daha iki üzvü polisə gətirilib.

«Ərəstun Baxşəliyev Yasamal, Nəriman Mücahid isə Nizami rayonunda saxlanırlar. Hər ikisi də E.Həmzə kimi polisin tələblərinə tabe olmamaqda təqsirli bilinirlər», – deyə N.Cəfərli bildirib.

Bu deyilənlərə Daxili İşlər Nazirliyi və məhkəmə orqanlarının münasibətini almaq mümkün olmayıb.

Daha çox göstər
Back to top button