Mədəniyyət

Çex radiosu: Ermənistan kiçik, lakin qürurlu ölkədir

Çexiyanın “Radiojurnal” radiosu öz səhifəsində Ermənistan haqqında məlumat yayıb və ölkənin tarixinə, mədəniyyətinə və dininə toxunub.

“Ermənistan Avropa və Asiya arasında olan kiçik, lakin qürurlu ölkədir. Burada təəccüblü insanlar yaşayır, təəccüblü təbiət və qədim xristian mədəniyyəti v ardır. Erməni kilsələri isə çox təvazökardır, ki Tanrı ilə  ünsiyyət qurmasına heç bir şey maneə olmasın”,-deyə Rusarminfo yazır.

Müəllif Syuzi Badavi Ermənistan tarixinə toxunaraq, ərəb işğalı zamanı erməni kralı sayəsində hücumların dayandırmasından yazdı.

“IX əsrdə ərəblər Ermənistana qarşı hücuma başladılar. Erməni kralı Aşot Yerkat Syevanda yüzlərlə gəmilərdə bir əsgər qoyaraq onların hücumunu dayandıra bildi. Ərəblər ermənlərin böyük ordu olmasını düşünərək qaçdılar”.

Çex radiosu həmçinin Sevanın işxan balığı haqqında da yazır. Balıq su səviyyəsinin az olması səbəbiylə bitəcəkdi, lakin ekoloji təşkilatların müdaxiləsi ilə su səviyyəsi düzəltdi və nadir dadı olan bu balıq xilas olundu.

Daha çox göstər
Back to top button