Mnatsakanyan: “İranla münasibətlər Ermınistan üçün həyati əhəmiyyət daşıyır “

Tehranla münasibətlər Ermənistan üçün həyati əhəmiyyət dasşıyır. “Armenia” telekanalına müsahibəsində ER xarici işlər naziri Zohrab Mnatsakanyan İrana qarşı sanksiyalara dair ABŞ bəyanatlarını şərh edərkən qeyd edib.
Onun sözlərinə görə, Ermənistan öz mövqeyini ifadə etdi və İranla nüvə razılaşmasını alqışladı.
“Bizim üçün İranla münasibətlər həyati əhəmiyyət daşıyır. O ölkə ilə qarşılıqlı əlaqələr qurduq, bu məsələ bizim üçün çox vacibdir”,- deyə Mnatsakanyan qeyd etdi.
Onun sözlərinə görə, Ermənistan İran və ABŞ ilə əməkdaşlığı birləşdirir.
Xatırladaq ki, 2015-ci ildə İran və “altılıq” ölkələri (Rusiya,ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniy) arasında nüvə məsələsi ilə bağlı yekun razılıq əldə olundu. Donald Trump mayın 8-də bəyan edib ki, Birləşmiş Ştatlar 2015-ci il İran nüvə sazişini tərk edir.