İctimaiyyət

REAL fəalları kütləvi şəkildə polisə çağırılır

Mayın 29-dan başlayaraq REAL Partiyasının 50-dək fəalı Bakının müxtəlif rayonlarında polisə çağırılaraq xəbərdarlıq edildikdən sonra azad buraxılıb. Fəalların polisə çağırılması bu gün də davam edir. Bu barədə Turan-a REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli bildirib.

Fəallara REAL Partiyasının tərəfdarlarının mayın 28-də Bakıda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirdikləri bayram nümayişindən sonra xəbərdarlıq edilib. 4 fəal isə inzibati qaydada həbs olunub. Onların hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunur.

Rəsmi qurumlar partiya fəallarının polisə dəvət edilməsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıblar.

Daha çox göstər
Back to top button