Siyasət

Türkiyədə növbədənkənar seçkilərdə iştirak edən deputat namizədlərinin son siyahıları dərc olunub: Erməni əsilli 4 namizəd var

Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar seçkilərdə iştirak edən deputat namizədlərinin son siyahıları dərc olunub.

Türkiyənin Resmi Gazetesində yayılmış siyahılarda 4 erməni əsilli namizəd var.

Növbədənkənar parlament seçkilər zamanı parlamentə girmək üçün erməni əsilli 47 namizəd Xalqların Demokratik Partiyasının üzvü Garo Paylan, eyni partiyanın üzvü Lüdmila Byuyum, hakim Ədalət və İnkişaf Partiyasından Margar Yesayan və müxalif “İYİ” partiyasından Elmas Kirakos mübarizə edəcəklər.

Qeyd edək ki, Garo Paylandan başqa, digər üç namizəd İstanbuldan göstəriliblər. Paylan bu dəfə Diyarbakır millət vəkili seçilməsi üçün yarışacaq.

Xatırlataq ki, müxalif Cümhuriyyət Xalq Partiyasının erməni əsilli deputatı Selina Doğan bu dəfə partiya tərəfindən namizəd olaraq göstərilməmişdir. Doğanın adı millət vəkili namizədlərinin siyahısında vardı, lakin partiya rəhbərliyi tərəfindən təsdiq olunmuş son siyahıda Doğanın adı yer tapmamışdır.

Daha çox göstər
Back to top button