Beynəlxalq

Bricet Brink Azərbaycanda insan fundamental azadlıqlarına hörmət ilə yanaşmanın vacib olduğunu vurğulayıb

ABŞ-ın Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə Köməkçisinin Müavini Bricet Brink işgüzar səfərlə Azərbaycana gədib. Bu barədə “turan.az” saytı bildirir.

Mayın 31-də Bakıya rəsmi səfəri çərçivəsində prezident İlham Əliyev, baş nazir Novruz Məmmədov xarici işlər nazirinin müavini Araz Əzimov və ölkənin siyasi müxalifəti ilə görüşür.

B.Brink ABŞ-ın Azərbaycanla ikitərəfli ticari əlaqələrin genişləndirilməsinə dair marağını bildirərək, 25-ci Xəzər Neft və Qaz Sərgisinin və “Sahdəniz 2” yatağından qaz təchizatının başlamasının vacibliyini vurğulayıb.

Rəsmi görüşlər zamanı B.Brink həmçinin toplaşma azadlığı, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə də daxil olmaqla, fundamental azadlıqlara hörmət ilə yanaşmanın həm Azərbaycanın biznes mühiti, həm də ikitərəfli tərəfdaşlıq üçün vacib olduğunu vurğulayıb.

Daha çox göstər
Back to top button