ER xarici işlər naziri S.Lavrov ilə Qarabağı müzakirə edəcək

ER xarici işlər naziri Zohrab Mnatsakanyan iyunun 4-də Moskovaya səfər edərək, rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Bu haqda brifinqdə Rusiya XİN nümayəndəsi Artem Kojin məlumat verib.
“Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin 14 may Soçi görüşü kontekstində nazirlər ikitərəfli əməkdaşlıqda yer alan bir çox məsələləri müzakirə edəcəklər”,- deyə o qeyd etdi.
Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi üzrə fikir mübadiləsi aparılacaq. Rusiya bu məsələdə ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə fəal vasitəçilik missiyasını həyata keçirir.
Onun sözlərinə görə, beynəlxlaq məsələlər, o cümlədən KTMT, Avropa iqtisadi Birliyi çərçivəsində inteqrasiya proseslərinə xususi diqqet ayrılacaq.