BaşlıcaBeynəlxalq

Gürcüstan baş nazirinin müavini: “Paşinyan hərəkatı Ermənistana Demokratiyanı gətirib”

Nikol Paşinyan hərəkatı Ermənistana demokratiya gətirib.Bu haqda Axalkalakidə keçirilən görüşdə Gürcüstanın baş nazir müavini Xİ naziri Mixayil Canelidze bəyan edib.
“Biz Ermənistanda baş verən bütün hadisələri xırdalıqlarla izlədik. Nikol Paşinyanın hərəkatı Ermənistana demokratiyanı gətirdi”- deyə Gürcüstan baş nazirinin müavini bildirib.
Onun sözlərinə görə, bizim iki xalqımız da qədim xalqlardır, biz mədəniyyətimizlə, ümumdünya tarixində olan töhfəmizlə fərqlənir, gözə çarpırıq. “Bizim nailiyyətlərimizə baxmayaraq, dost ölkələr arasındakı əlaqələri daha da dərinləşdirmək üçün hələ çox şeyin var olduğunu ümumi fikirlərə çatdıq”deyərək Canelidze bildirib. O qeyd edib ki, Ermənistan və Gürcüstan beynəlxalq inteqrasiya üçün unikal şansa malikdirlər. “Ermənistan və Gürcüstan bir çox tərəfdaşlıq proqramlarında iştirak edir və biz vətəndaşlarımızın həyatlarını yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik.
Gürcüstan yeni ölkə qurur cənab Paşinyan da yeni Ermənistan Biz birlikdə g ölkələrimiz üçün gələcək quracağıq.Biz bunu ğlkələrimizin xoş rifahı naminə dostluq və qardaşlıqla edəcəyik”-deyə Gürcütan baş nazirinin müavini bəyan edib.

Daha çox göstər
Back to top button