Siyasət

RF XİN əməkdaşı azərbaycanlı jurnalistin provokatif sualına kobud cavab verib

RF XİN Mətbuat departamentinin direktor müavini Artyom Kojin azərbaycanlı jurnalisitin DQ münasişəsinin nizamlanma danışıqlarında Artsaxın iştirakı ilə bağlı ER Baş naziri Nikol Pşinyanın bəyanatlarına dair provokatif sualına kobud cavab verib.

Azərbaycanlı jurnalist “Azərbaycanın işğal olunmuş əraziləri”, Artsax hakimiyyətləri üçün isə “qanunsuz rejim” demişdir. Bu səbəbdən də RF XİN əməkdaşı azərbaycanlı jurnalistə kobud cavab verməyə məcbur qaldı.

Həmin dialoqu təqdim edirik.

“Ermənistan Baş naziri Nikol Paşinyan son müsahibələrindən birində demişdir ki, Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlar Azərbaycanın işğal olunmuş ərazilərində yaranmış qeyri-qanuni rejimin iştirakı olmadan imkansızdırlar. Bu cür bəyanatlar nizamlanma presosini nə qədər çətinləşdirir və tərəflər üçün maneələr törədir?”,-deyə jurnalist soruşub.

Artyom Kojin deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlarınız yəqin ki, konstruktiv deyil”.

ER Baş naziri Nikol Paşinyan mayın 9-da Stepanakertdə keçirilmiş mətbuat konfransında bildirmişdi ki, DQ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlar Artsaxın iştirakı olmadan imkansızdır. O qeyd etmişdir ki, ER öz adından iştirak edir, Artsax adından isə Artsax hakimiyyətləri iştirak etməlidirlər.

Daha çox göstər
Back to top button