Siyasət

Rusiya rəsmisinin Artsax məsələsinə dair mətbuat konfransı düzəldildi (VİDEO)

RF XİN Mətbuat departamentinin direktor müavini Artyom Kojinin Qarabağ münaqişəsinin nizamlanması danışıqlarında Artsaxın iştirakına dair dünənki bəyanatı böyük səs-küyə səbəb oldu və RF XİN saytında konfransın bir qismi düzəldilmişdir.

Xatırladaq ki, RF XİN Mətbuat departamentinin direktor müavini Artyom Kojin dünən verdiyi mətbuat konfransında azərbaycanlı jurnalisitin DQ münasişəsinin nizamlanma danışıqlarında Artsaxın iştirakı ilə bağlı ER Baş naziri Nikol Pşinyanın bəyanatlarına dair provokatif sualına kobud cavab vermişdi.

Azərbaycanlı jurnalist “Azərbaycanın işğal olunmuş əraziləri”, Artsax hakimiyyətləri üçün isə “qanunsuz rejim” demişdir. Bu səbəbdən də RF XİN əməkdaşı azərbaycanlı jurnalistə kobud cavab verməyə məcbur qaldı.

“Ermənistan Baş naziri Nikol Paşinyan son müsahibələrindən birində demişdir ki, Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlar Azərbaycanın işğal olunmuş ərazilərində yaranmış qeyri-qanuni rejimin iştirakı olmadan imkansızdırlar. Bu cür bəyanatlar nizamlanma presosini nə qədər çətinləşdirir və tərəflər üçün maneələr törədir?”,-deyə jurnalist soruşub.

Artyom Kojin deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlar yəqin ki, konstruktiv deyil”.

Azərbaycan KİV-lərin onun sözlərinin erməni tərəfinin bəyanatlarına yönəlmiş olduğunu yazdılar, lakin RF XİN saytında konfransın Artsax münaqişəsinə dair qismi düzəldildi və elə göstərilib ki, Kojin “Sizin, ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlarınız yəqin ki, konstruktiv deyil” deyib. Yəni, RF XİN saytında göstərilir ki, Kojinin sözləri azərbaycanlı jurnalistə yönəlmişdi.

Xatırladaq ki, ER Baş naziri Nikol Paşinyan mayın 9-da Stepanakertdə keçirilmiş mətbuat konfransında bildirmişdi ki, DQ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlar Artsaxın iştirakı olmadan imkansızdır. O qeyd etmişdir ki, ER öz adından iştirak edir, Artsax adından isə Artsax hakimiyyətləri iştirak etməlidirlər.

Daha çox göstər
Back to top button