Təhlil

Azərbaycan rejimi öz sevmədiklərini oğurlayır və öldürür: Lapşinin «Le Monde»-də dərc olunmuş məqaləsi

“Azərbaycan rejimi öz sevmədiklərini oğurlayır və öldürür”. Rus-yəhudi əsilli bloqer Aleksandr Lapşin «Le Monde» qəzetində dərc olunmuş məqaləsində Azərbaycan həbsxanasında gördüyü işgəncələr və təqiblər haqqında yazır. Bloqer əfv edildikdən və İsrailə ekstradisiya olunmaqdan əvvəl 7 ay bu Qafqaz ölkəsinin həbsxanasında qalıb.

Aleksandr Lapşin deyir ki, o, 130 ölkədə olmuşdur. Siyasətlə maraqlanmır, sülh, təbiət, tarix, gözəl qadınlar və yaxşı qida sevir. Hətta ən pis kabuslarında da o, iki diktatorun siyasi oyun qurbanı ola biləcəyini xəyal edə bilməzdi.

“Söz kolxozun sabiq sədri, indi isə Belarusun prezidenti Aleksandr Lukaşenko və Azərbaycanı öz dəmir əllərində saxlayan, “Min bir Gecə ” nağıllarında olan ərəb sultanları kimi hakimiyyəti atasından miraz alan İlham Əliyevdən gedir. 2016-cı ildə keçmiş SSRİ ərazisində səyahət zamanı Balarus polisi məni həbs etdi. Polis əməkdaşları güc istifadə edəröək otelimə girdilər və “Yere yatın, ya da vuracağız, siz Azərbaycanın tələbi ilə Qarabağa getdiyiniz üçün həbs olunacaqsınız” dedilər. Yaxşı ki, həbs etdiyimdə polislər kompüterimin açıq olduğunu və həyat yoldaşımla danışdığımı fərq etməmişdilər. O məni həbs etdiklərini gördü və bu haqda dərhal beynəlxalq KİV-lərə, həmçinin Rusiya və israil səfirliklərinə xəbərdarlıq edib”,-deyə Aleksandr Lapşin qeyd etdi.

Nloqerin sözlərinə görə, Belarus hüquqi dövlət olsaydı, heç vaxt onu həbs edib ekstradisiya etməzdi. Aleksandr Lapşin israr edir ki, Belarusun qanunlarından heç birini pozmadı. Azərbaycan və Belarus arasında ekstradisiya barədə yeganə konvensiyada deyilir ki, siyasi motivləri əsasında ekstradisyanın hər hansı bir iddia rədd edilməlidir.

“Beləliklə, Əliyev məni Bakıya gətirmək üçün öz şəxsi təyyarəsini göndərmişdi. Orada həqiqi şou idi. Mənm təyyarədən avtomatlar, döyüş xəncərləri  və qumbarala silahlanmış xüsusi qüvvələr çıxarıldım. Bu faciəvi komediya Azərbaycan cəmiyyətinin az təhsilli nümayəndələri üçün səhnələşdirilmişdi”,-deyə o qeyd etdi.

Rus bloqer 7 ay Azərbaycan həbsxanalarından birinin təcridxanasında qaldı. Bloqer bunu beynəlxalq hüququn pozuntusu hesab edir. Lapşin, Ermənistan Respublikası ərazisindən “qanunsuzca Qarabağa girərək Azərbaycan ərazi bütövlüyünü pozmaqla” günahlandırırlırdı. O əlavə edir ki, 1993-cü ildən bəri Azərbaycan və Qarabağ arasında sərhəd qapalıdır və bunun üçün də başqa bir yol yoxdur. Həmçinin bloqer öz məqalələrində Qarabağ və ermənilər tərəfindən tətbiq olunan Artsax adlarını bərabər yazırdı.

“Bu əraziləri tələb edən Azərbaycan orada 150 000 erməninin yaşamasını və öz dilini tətbiq etmələrini unudur. Azərbaycan ənənəvi coğrafi adlarının istifadəsini də cəzalandırır. Eyni şəkildə Fransa da Almaniya ləhçələrini tətbiq edən əhalini Rayxsland, Alasas-Lotringen alman isimlərinin tətbiqini qadağan edə bilər, ki almanlar Alzas-Lotaringia fransız ismini tətbiq etsinlər. Mən heç vaxt münaqişədən danışmadım və o məni heç maraqlandırmır. Hətta Bakıdakı kukla məhkəməsi sonunda qəbul etdi ki, mən heç bir zaman Azərbaycan  ərazi bütövlüyünü pozmaq haqqında heç bir çağırış etmədim”,-deyə Lapşin qeyd etdi.

Rus bloqer həmçinin Bakıda özünə qarşı başlanmış cinayət işi ərzində olan anti-semitik sözlər haqqında da danışdı. O qeyd etdi ki, dinləmələrin böyük qismi qəsdən Holokost ümün ənəmli günlərdə təşkil edilirdi. Məhkəmə prosesi 2017-ci il iyunun 22-də başlamışdı. 66 il əvvəl məhz o gündə Nazi Almaniya SSRİ-ni işğal etməyə və sovet yəhudilərini öldürməyə başladı. İkinci dinləmə 2017-ci il iyunun 30-da keçirilib.1941-ci il iyunun 30-da Ukrayna Lvov şəhərindəki yəhudilərin qırğınları törədilib. Lapşinin validəynləri də oralıdırlar. Onun qohumlarının əksəriyyəti orada öldürülmüşdür. Onların məyitləri isə  ümumi çuxurlara atılmışdır. Üçüncü dinləmə 2017-ci il iyulun 4-də keçirilib. 1941-ci il eyni gündə latviyalı yəhudilərinin Salaspils kampına məcburi köçü baş verib. Orada onları acımasızca kəsdilər. Latviyada iyulun 4-ü yas gündür, lakin Azərbaycan rejimi üçün bu, sülh və səfərləri sevən bir yəhudi adamı aşağlama fürsəti idi.

“2017-ci il sentyabrın 10-da, anamın doğum günündə, Bakıda qaldığım həbsxanada mənə qarşı çox acımasız bir hücum oldu. 4 maskalı adam məni banyoda asmaq üçün döydü, boğdu və buynuma ip atdılar. Sonra isə, məni Bakının mərkəzi xəstəxanasına aparıblar. Orada tibbi işlərimdə qeyd olundu ki, mən klinik ölümə çox yaxındım. Qabırğalarım və dişlərim qırılmışdı, bütün bədənimdə yaralar vardı, dilaltı sümüyüm qırılmışdı, beynimdə isə, qan sızmaları vardı. Azərbaycan hakimiyyətləri bildirdilər ki, mən həbsxanada özümü asmaq istədim və bu səbəbdən də prezident Əliyev məni “əfv etməyə” qərar alıb. Bakı xəstəxanasında 3 gün komada olduqdan sonra məni İsrailə ekstradisiya etdilər”,-deyə bloqer yazır.

Tel Avivdə hava limanına çatdıqdan sonra onu dərhal xəstəxanaya aparıblar və orada məhkəmə-tibbi ekspertizası nəticələri açıq şəkildə göstərdi ki, o öldürmə cəhdindən sağ qalmışdır. Nəticəyə əsasən Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycana qarşı iş açılıb.

Məqalənin sonunda o Azərbaycan haqqında bir neçə önəmli fakt xatırlatdı:

1) “Sərhədsiz Reportyorlar” təşkilatına görə, Azərbaycanda ifadə və söz azadlığı baxımından 180 ölkə sırasında 163-cü yerdədir.

2) Bu ölkə “Panama sənədləri” və “Landormat” daxil olmaqla bir sıra maliyyə skandallarda olmuşdur.

3) Bakı rejimi insan oğurmalarından çəkinmir. Məsələn, Gürcüstanda jurnalist Əfğan Muxtarlının oğurlanması. O da Azərbaycanda həbs edilib işgəncələrə məruz qalmışdır.

4) Sonunda, elə ehtimallar var ki, bu rejim maltalı bloqer Dafne Karuanan Galiziyanın ölümünü sifariş etmişdir. Bloqer Malta və onun banklarının Bakının çirkli pulların yuyulmasında olan qara rolunu açkar etmişdi.

Daha çox göstər
Back to top button