Siyasət

Stepanakertdə baş verən hadisənin bütün günahkarları mövqeyindən asılı olmayaraq məsuliyyət daşıyacaqlar

Stepanakertdə iyunun 1-də baş verən davanın bütün günahkarları  mövqeyindən asılı olmayaraq məsuliyyət daşıyacaqlar. “Armenpress”ə müsahibəsində Artsax Respublikasının Prezidentinin mətbuat katibi Davit Babayan iyunun 1-də xüsusi təyinatlıları tərəfindən iki nəfərin  döyülməsinə toxunaraq qeyd etdi. Bu hadisə kütləvi aksiyalara səbəb olub.  Davit Babayan problemin hüquqi sahədə həll edilməsinin çox vacib olduğunu vurğuladı.

“Belə her hansı bir hadisəilə bağlı istintqa aparılmalı və günahkarlar cəzalandırılmalıdır. Burada heç bir siyasi kontekst yoxdur, etirazçıların əksəriiyətinin fikirincə də bu məsələnin nizamlanması üçün  hüquqi sahədə müvafiq işlər görünməlidir. Bu eynimənalıdır”-deyə Davit Babayan qeyd etdi.

Onların sözlərinə görə,  siyasi, hüquqi və mənəvi baxımdan məsələnin həlli çox vacibdir.

“Hüquqi baxımdan müvafiq qiymətləndirmə olamlıdır, belə hadisələr cəzasız qala bilməz. Təbii ki, hadisə ilə bağlı istintaq aparılmalı  və   bütün günahkarlar mövqeyindən, sosial statusundan  asılı olmayaraq məsuliyyət daşıyacaqlar. Siyasi baxımından biz demokratik, qanuni dövlətik, hakimiyyət siyasi iradə göstərməli və dövlətin bütün  xüsusiyyətlərini qeydsiz şəkildə təmin etməlidirlər.

Mənəvi baxımdan bu cür hadisələrin baş verməməsi çox vacibdir. Başqa sözlə,  bu cür  hadislərin ümumiyytlə istisna edilə biləcəyi üçün  cəmiyyətdə mənəvi-psixoloji mühit olmalıdır. Bu hamımın borcudur, ilk növbədə hakimiyyətin, eləcə də cəmiyyətin hər hansı bir üzvünün  borcudur. Bu, həqiqətən, siyasi, hüquqi və mənəvi baxımdan  çox vacib bir çağırışdır, bu istiqamətdə həm hakimiyyət həm də cəmiyyət əllərindən gələni edəcəklər”- deyə Babayan vurğuladı.

Stepanakertdə etiraz aksiyalarının davam edilməsi ilə bağlı sualını  cavablandıraraq D. Babayan qeyd etdi ki, bəzi insanlar etiraz aksiyalarını davam etdirirlər.

“Bu demokratik ölkənin  bir prosesidir. Bizdə bütün bunlar edə bilərlər, lakin hər şeyin qanunda olmasına və siyasiləşdirilməməsinə çağırırıq”- deyə Babayan qeyd etdi. O əlavə etdi ki, etiraz aksiyaları  bu günə qədər  sabitlik və sülhü təhdid etmir.

Artsaxdaki hadisələrə Ermənistanın müdaxiləsi ilə bağlı sualını Davit Babayan belə cavablandırdı -“Heç ehtiyac yoxdur”.

“Biz anlayırıq ki, Ermənistanda daxili siyasi inkişaflar baş verir və bu hadisələr Artsaxda da maraq doğurur, lakin müdaxilə üçün heç bir ehtiyac yoxdur, çünki bu bir prosesdir  və  bu məsələni biz həll edə biləcəyik. Burada düşmən dost yoxdur. Burada xalqımız və vətəndaşlarımızdır. Ədalətli tələblər var və bu tələblər yerinə yetiriləcək”- deyə Davit Babayan qeyd etdi.

Daha çox göstər
Back to top button