Siyasət

Ara Babloyan: Bakı danışıqlar prosesində gərginliyi davam edir

ER Parlamentinin sədri Ara Babloyan Moskvada parlamentarizmin inkişafına həsr olunmuş beynəlxalq konfransda iştirak edib və “Beynəlxalq təhlükəsizliyin güclənməsində parlamentlərin rolu” mövzusu çərçivəsində çıxış edib. Bu haqda ER Parlamentindən məlumat verilir.

Ara babloyan qqeyd etdi ki, regional təhlükəsizlik baxımından ən vacib məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. “Biz məsələnin sülh yolu ilə nizamlanmasında Rusiya Federasiyası və ATƏT-in Minsk Qrupunun diğər həmsədrlərinin konstruktiv rolunu yüksək qiymətləndiririk.

Ermənistan münaqişənin yalnız sülh yolu ilə həllinə sadiqdir. Beynəlxalq ictimaiyyət tərəfindən atəşkəs rejiminin pozulmalarını araşdıran mexanizmlərin yerləşdirilməsi, münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması təklifi və bunların həyata keçirilməsi üçün erməni tərəfinin davamlı səylərinə baxmayaraq, Bakı danışıqlar prosesində gərginliyi saxlayır və öz hərbi potensialını artırır.

Ermənistan beynəlxalq hüququun prinsipləri, xüsusilə də xalqların öz müqəddəratını təyin etmək hüququ əsasında münaqişənin sülh yolu ilə həllinin axtarışını davam edir və həmçinin Vyana, Sankt-Peterburq və Cenevrə zirvələrində tərəflər arasında əldə edilmiş razılaşmalarına əsasən inamın bərpa olunması üçün kompleks tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır”,-deyə Ara Babloyan qeyd etdi.

Daha çox göstər
Back to top button