Mədəniyyət

Artsaxda cari ildə arxeoloji qazıntılar həyata keçiriləcək. Şuşi məscidinin bərpa işləri davam edilir

Artsax Respublikasının üç qazıntı ərazisində Tigranakertdə, Nor Karmiravanda və Karin Tak mağarasında cari il gazıntı işlər həyata keçiriləcək. Şuşu məscidində 2017-ci ildə aparılan araşdırma işləri başa çatmışdır. Orada və Dadivank monastırında bərpa işləri davam ediləcək.

“Armenpress”-ə müsahibədə bu haqda ER Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Artsax arxeoloji qrupunun üzvü, tarixi elmlər namizədi Njdeh Yeranyan bildirib. Onun sözlərinə görə, Nor Karmiravandakı məşhur abidələr eramızdan əvvəl 8-6-cı əsrlərdən gəlir və böyük ehtimalla döyüşçülərin və ya döyüşçü-atalarının məzarlarıdır.

Abidələr çərçivəsində qazıntılar 2016-cı ildən başlamışdı. Şuşi məscidində 2017-ci ildə ilk dəfə qazıntılar həyata keçirilib və bərpa işləri başlamışdı. Məscid çərçivəsində araşdırma işləri başa çatmışdır.

Njdeh Yeranyan məlumat verib ki, Şuşidəki Karin Tak mağarasından 2016-cı il qazıntılar zamanı 6.5 min yaşında olan insan dişləri tapılmışdı.

Artsax Tigranakertində qazıntılar iyulda başlayacaq və oktyabrda başa çatacaqdır. Tigranakertdə Artsax arxeoloji qrupu mağara kanal sahəsində qazıntılar aparacaq. Orada 9-11-ci əsrlərin xaç şəkilləri saxlanmışdır.

Daha çox göstər
Back to top button