Ekonomika

Azərbaycanın dövlət borcu 17 mlrd. manat həcmində qiymətləndirilir

1 yanvar 2018-ci il tarixinə Azərbaycanın dövlət borcu 17 mlrd. 7,4 mln. manat həcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilir.

1 yanvar 2017-ci il tarixinə dövlət borcu 13 mlrd. 471,4 mln. manat həcmində qiymətləndirilib. Beləliklə, 2017-ci ildə dövlət borcu 26,2% artıb.

“1 yanvar 2018-ci il tarixinə Azərbaycanın dövlət borcu 17 mlrd. 7,4 mln. manat və ya ÜDM-in 24,3%-i təşkil edir (2016-cı ilin sonuna – ÜDM-in 22,5%). Adambaşına dövlət borcu 1718,3 manata bərabərdir (2017-ci il ərzində artım 25,1%).

Dövlət borcu strukturunda 15 mlrd. 978,1 mln. manat (93,9%) xarici borc, 1 mlrd. 29,3 mln. manat (6,1%) daxili borcun payına düşüb. Bununla belə, 2017-ci ildə Azərbaycanın xarici borcu 35,9% artıb, baxmayaraq ki, daxili borc 16,3% azalıb.

Daha çox göstər
Back to top button