Ekonomika
Mils: Ermənistanın energetik sahəsində Amerika investisiyaları üçün daha çox imkanlar var

Ermənistanın energetik sahəsində ABŞ investisiyaları üçün daha çox imkanlar var. Bu haqda jurnalistlərə Amerika sənədli filmlər nümayişlərinin açılışında ABŞ-nın ER-dakı səfiri Riçard Mils bildirib.
Gələcəkdə energetik sahədə investisiyalar üçün imkanların olub olmamasına dair sualına Mils cavab olaraq deyib:
“Bu investisiyaların imkanları hazırda daha böyükdür. Düşünürəm ki, yeni hökumət energetik bazarının azadlaşdırılmasında, onun rəqabətliliyi və şəffaflığında maraqlıdır. Bu məhz bizə lazım olan şeydir.
Keçən il səfir bildirmişdi ki, Ermənistanın energetik sahəsində müvafiq bazarın tamamilə azad olduğu zaman 8 milyard dollarlıq investisiyalar mümkündür.