Siyasət

NATO baş katibi Ermənistanla əməkdaşlığı derinləşdirməyə hazır olduğunu bildirib

NATO Parlament Assambleyasının yaz sessiyasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan tərəfindən NATO ilə əməkdaşlığın genişlənməsi yüksək qiymətləndirilib. İyunun 6-da Ermənistan parlamentində jurnalistlərlə görüşdə bunu Ermənistanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Koryun Nahapetyan bildirib.

“Ermənistanın NATO tərəfindən Əfqanıstanda və Kosovada həyata keçirilən sülhməramlı missiyalarda iştirakına xüsusi olaraq əhəmiyyət verilib. Bunu NATO baş katibi Yans Stoltenberg vurğulayaraq qeyd etdi ki, Ermənistan NATO üçün etibarlı tərəfdaş olmağa davam edir”,- Nahapetyan deyib.

NATO baş katibi qeyd etdi ki, onlar Ermənistanla əməkdaşlığı derinləşdirməyə hazırdırlar.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 25-dən 28-dək Vaşinqtonda keçirilmişdir.

Daha çox göstər
Back to top button