Siyasət

NATO ER-nı etibarlı tərəfdaş hesab edir və əməkdaşlığı derinləşdirməyə hazırdır: Koryun Nahapetyan

NATO Parlament Assambleyasının yaz sessiyasında britanyalı deputatlardan biri ER-da baş verən hadisələr və xarici siyasi kursunun mümkün dəyişiklikləri haqqında soruşdu.  Bunu jurnalistlərlə brifing zamanı NATO Parlament Assambleyasının yaz sessiyasını yekunlaşdırırkən erməni nümayəndə heyətinin sədri Koryun Nahapetyan bildirib.

“Biz demişdik ki, bu mərhələdə ER xarici siyasətində heç bir dəyişiklik olmayacaq, Avrasiya və Avropa haqqında bizim yanaşmamız dəyişməz qalacaq”,-deyə o qeyd etdi.

Parlament Assambleyasında həmçinin iki müxtəlif birliklərdə ER-nın körpu roluna əhəmiyyət verilib. Nahapetyanın sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan tərəfindən NATO ilə əməkdaşlığın genişlənməsi yüksək qiymətləndirilib.

“Ermənistanın NATO tərəfindən Əfqanıstanda və Kosovada həyata keçirilən sülhməramlı missiyalarda iştirakına xüsusi olaraq əhəmiyyət verilib. Bunu NATO baş katibi Yans Stoltenberg vurğulayaraq qeyd etdi ki, Ermənistan NATO üçün etibarlı tərəfdaş olmağa davam edir”,- Nahapetyan deyib.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 25-dən 28-dək Vaşinqtonda keçirilmişdir.

Daha çox göstər
Back to top button