Siyasət

AİB-ə üzvlüyü Avropanı Ermənistanla münasibətlərini inkişaf etdirməyə maneə olmur

Avropa İttifaqı Ermənistanla münasibətlərini inkişaf etdirməyə hazırdır. Buna nə Rusiya ilə olan stratejik əməkdaşlıq, nə də AİB-ə üzvlüyü maneə olur. Bu haqda “Ermənistan-Aİ münasibətlərinin yeni səviyyəsi” adlı hesabatda qeyd edilir. Hesabatı Avropa ittifaqı Aİ-Ermənistan Əməkdaşlıq Şurasının 2018-ci il iyunun 24-də keçiriləcək ilk iclası üçün yaymışdır.

Hesabatda qeyd edilir ki, Aİ və Ermənistan arasında yeni çərçivə sazişi barədə olan danışıqların startı 2015-ci il dekabrda verilmişdi, Sonra isə, 2017-ci il noyabrın 24-də Brüsseldə Şərq tərəfdaşlığı sammiti çərçivəsində “Hərtərəfli və genişləndirilmiş əməkdaşlıq razılaşması” imzalanmışdır.

Hesabatda deyilir ki, “Hərtərəfli və genişləndirilmiş əməkdaşlıq razılaşması” göstərir ki, Ermənistanın AİB-ə üzvlüyünün yanında da irəli getmək olar.

Həmçinin qeyd olunur ki, son illərdə Ermənistan və Aİ əlaqələri xeyli irəliləyiş qeyd etdilər. Aİ-də düşünürlər ki, ikitərəfli saziş iki tərəf üçün də əhəmiyyətli nəticələr verəcək və bunu sübut edən bir sıra faktlar var.

Aİ ümumi aviasiya müqaviləsinin ilkin inkişafına və Trans-Avropa nəqliyyat şəbəkəsinin genişlənməsi ilə insanları daha da yaxınlaşdırma perspektivlərinə əhəmiyyət verib.

Hesabatda Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə toxunulur.

“Aİ Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun həmsədrlərinə və Dağlıq Qarabağ mmünaqişəsi məsələsində inamın və sülhün yaradılması və münaqişənin qarşısının alınması üçün göstərilən səylərinə verilən dəstəyini davam etdirəcək. Aİ münaqişə beynəlxalq hüquq prinsipləri və normalarına uyğun olaraq siyasi həll tapmasına inanır”.

Daha çox göstər
Back to top button