Siyasət

ER xarici işlər naziri: “Artsaxın statusu və təhlükəsizliyi Ermənistan üçün prioritet olmağa davam edir”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində Artsaxın statusu və təhlükəsizliyi Erməınistan üçün prioritet qalmağa davam etməkdədir. Bu haqda Moskvada ER xarici işlər naziri Zohrab Mnatsakanyan həmkarı Sergey Lavrov ilə keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O vurğuladı ki, ikitərəfli görüş ərzində beynəlxalq, eləcə də regional bir sıra məsələlərə toxunulub.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət yetirilib. Biz ATƏT Minsk qrupunun həmsədrləri ilə Rusiyanın  münaqişənin sülh yolu ilə nizamlanmasına  veridyi töhfəni yüksək qiymətləndiririk. Danışıqlar prosesinə yönəlmiş  birgə səyləri davam etməyə hazırıq. Bu mərhələdə danışıqlar prosesinin davamlılığı üzərində işləyirik. Bizim üçün çıxış nöqtələri dəyişməz olaraq qalır. Bunlar isə  Artsaxın statusu və təhlükəsizliyidir. Danışıqlar  bu məsələlərin nizmalanmasına yönəlmişdir”- deyə Mnatsakanyan qeyd etdi.

Daha çox göstər
Back to top button