Siyasət

ER xarici işlər naziri və RF qanunvericilik orqanlarının nümayəndələri Ermənistan-Rusiya parlament əməkdaşlığını yüksək qiymətləndiriblər

Moskvada səfərdə olan  ER xarici işlər naziri Zohrab Mnatsakanyanı, RF Dövlət Duması və Federal Şurasının bütün fraksiyalarını təmsil edən deputatları və senatorları ilə  işçi səhər yeməyi olub. Bu haqda ER Xarici İşlər Nazirliyindən məlumat verilib.

Rusiya qanunvericilik orqanlarnın nümayəndələri Ermənistan-İran müttəfiq əlaqələrini və strateji əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş addımları dəstəklədiklərini bildiriblər.

Görüşdə  ikitərəfli müttəfiq əlaqələrini inkişaf etdirməkdə böyük rol oynayan Parlamentlərarası Komitəsinin işlərinə də toxunulub.

ER XİN başçısı Hökumətin proqramı və proqramda  qeyd  olunan prioritetlərin əsas probləmləri, Hökumətin xarici siyasətinin əsas istiqamətlərini təqdim etdi.

Bu konteksdə nazir Mnatsakanyan ikitərəfli əlaqələrin inkişaf  perspektivlərinə toxunaraq, Ermənistan-Rusiya müttəfiq münasibətlərinin təbii və səmərəli olduğunu vurğuladı.

Zohrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosessinə toxunaraq, münaqişənin sülh yolu ilə nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, o cümlədən Rusiyanın  səylərinə böyük əhəmiyyət verib. Xarici işlər naziri münaqişənin nizamlanması ilə bağlı Ermənistan mövqeyini təqdim edərək,qeyd etdi ki, Artsaxın statusu və Artsax xalqının təhlükəsizliyi erməni tərəfi üçün prioritetdir.

Daha çox göstər
Back to top button