Siyasət

Ermənistanın pro-Amerika, pro-Avropa və pro-Rusiya xarici siyasəti olmadı və olmayacaqdır: Paşinyan

Ermənistanın pro-Amerika, pro-Avropa və pro-Rusiya xarici siyasəti olmadı və olmayacaqdır. Bunu bu gün parlamentdə Baş nazir Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, hökumət tərkibində pro-Ameika və ya anti-Rusya yönüllü siyasətçilərin axtarılması mənasızdır.

“Onlar Ermənistan vətəndaşlarıdır və bu cəhdlər Ermənistanda baş verən hadisələrin yalnış anlaşılması nəticəsindədirlər”.

Baş nazir hesab edir ki, Ermənistan xarici siyasətinin məqsədi ölkənin suverenliyinin və təhlükəsizliyinin təmin olunmasıdır.

Paşinyan bir daha da vurğulayıb ki, Ermənistan AİB və KTMT üzvüdür və Rusiya ilə əlaqələrinin inkişafı və hərbi əməkdaşlığı ölkə təhlükəsizliyini təmin edən sisteminin önəmli hissəsidir.

Daha çox göstər
Back to top button