Gürcüstanda “Aslan qalxanı”adlı hərbi təlimləri keçirilir, ermənilər nüvə təhlükəsizliyi məsələlərini aşılayır

Bu təlimin məqsədi iştirak edən ölkələrdə kimyəvi, bioloji, radioaktiv və nüvə təhlükələrinin səviyyəsini azaltmaqdır.
Erməni mütəxəssislər Gürcüstanda“Aslan qalxanı” (Lionchilland) adlı dörd günlük təlimdə iştirak edirlər. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik xidmətindən məlumat verilib.
AB çərçivəsində təlimlər kimyəvi, bioloji, radioaktiv və nüvə təhdidlərinin səviyyəsinin azaldılmasına yönəlib. Təşkilatçılar Gürcüstanın Dövlət Təhlükəsizlik xidməti (NSS), Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədalət İnstitutudur (UNICRI ). “Gürcüstan artıq həmin təcrübəyə malikdir. Yüksək ixtisaslı gürcü mütəxəssisləri hava limanlarında və nəzarət nöqtələrində təhlükəsizliyin təmin edilməsi üçün hər gün işləyirlər”- deyərək Milli Təhlükəsizlik xidmətinin rəis müavini Qriqol Liluaşvili bildirib. Təlimlərin eksperimental hissəsi MTX Təşkilatında Texnoloji İnnovasiya və Əməliyyat və Texniki Təhsil mərkəzində keçiriləcək. Regional əməkdaşlığasa xüsusi diqqət yetiriləcəkdir. Dörd günlük təlimlərə Albaniya, Bosniya və Herseqovina, Moldova, Çernoqoriya, Serbiya və Ukraynanın nümayəndələri də qatılacaq.
Təlimlər üç mərhələylə aparılacaq: hər biri üçün ayrı bir senari hazırlanmışdır. Xüsusilə, biz nüvə və radioaktiv maddələrin qanunsuz idxalından danışırıq. İştirakçılar birgə tədbirlərin əlaqələndirilməsi imkanlarını yoxlayacaqlar.