Səfir Kirakosyan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin fəaliyyətinə ER dəstəyini təsdiq etdi

Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə ER daimi nümayəndəsi, AEBA İdarə Heyətinin üzvü Arman Kirakosyan Vyanada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi İdarə Heyətinin sessiyasında çıxış edib. Bu haqda ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
AEBA-da Ermənistan Respublikasının daimi nümayəndəsi öz çıxışında qeyd edib ki, Texniki əməkdaşlıq proqramları Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə Ermənistanın əməkdaşlığı üçün çox əhəmiyyətlidirlər. AEBA ilə illər ərzində aparılmış səmərli əməkdaşlıq nəticəsində önəmli olan bir sıra sahələrdə, o cümlədən Metsamor atom elektrik stansiyası, nüvə təhlükəsizliyinin tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, radioaktiv tullantılar və nüvə yanacağın təhlükəsiz idarəsi, radiasiya onkologiyası və diaqnostika sahəsində imkanların gücləndirilməsi, ekoloji radiasiya monitorinq laboratoriyasının yaradılmasında irəliləyişlər qeyd olunmuşdur.
Arman Kirakosyan ER hökumətinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin fəaliyyətlərinə və Texniki əməkdaşlıq proqramlarına dəsətyini bir daha da təsdiq etmişdir.