Siyasət

S. Lavrov: “Danışıqlarda Qarabağın iştirakı ilə bağlı razılaşma Yerevan və Bakı arasında aparılan danışıqlarla əldə etmək mümükün ola bilər”

“Moskvanın mövqeyi dəyişilməz qalır. Biz həmişə Dağlıq Qarabağ məsələsinin Azərbaycan və Ermənistanın iştirakçısı olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll olunmasının tərəfdarı olmuşuq. Əminik ki, bu optimal formatdır”, – deyə Lavrov erməni həmkarı Zoqrab Mnatsakanyan ilə görüşün nəticələrinə dair keçirilən mətbuat konfransında qeyd edib.

Lavrov bütün razılaşmaların formatının dəyişdirilməsinin Yerevan və Bakı arasında aparılan danışıqlarla mümkün ola biləcəyini deyib: “Tərəflər öz aralarında razılığa gələ bilsə, Dağlıq Qarabağ yenidən danışıqlarda təmsil olunacaq. Bu onların qərarı olacaq və biz qərara hörmətlə yanaşacağıq”.

Daha çox göstər
Back to top button