BaşlıcaSiyasət

D. Babayan. Qarabağın danışıqlara iştirakı “təfərrüatlı nizamlanmanın yeganə yoludur”

Rəsmi Stepanakert Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara iştirak etmək haqqında Nikol Paşinyanın bəyanatını alqışlayır. Artsax Prezidentinin spikeri Davit babayan “Azatutyun” radiostansiyası ilə söhbətində qeyd edib ki, Ermənistanın baş naziri onu deyir nəyi ki, artıq 20 ildir Stepanakert onun üçün mübarizə aparır.
“Bəyanat olduqca mühümdür.Biz 20 ildən artıqdır ki, danışıqların tam formatını bərpa etməyə çalışırıq.Bu əslində münaqişənin təfərrüatlı şəkildə nizamlanması üçün yeganə yoldur.Bu danışıqların məhz bu gün dondurulması demək deyil lakin buna paralel olaraq yəqin ki, tam formatın bərpası işlərinə digər keyfiyyət verilməlidir”.
Dağlıq Qarabağ ATƏT-in Minsk Qrupu formatında müzakirələrdən kənarda 1990-cı illərin sonlarında münaqişə tərəfi kimi çıxış etdi. Davit Babayan deyib ki, Qarabağ bunu başa düşür ki, danışıqlar masasına qayıtmaq asan deyil və Azərbaycan öz tələblərini irəli sürməyə çalışacaq. “Təbii ki, Azərbaycan “Azərbaycan cəmiyyəti” nin faktorundan istifadə edəcək və s. Lakin bu ciddi deyil. Onların icması öz müqəddəratını demokratik ifadə kimi çıxış etmək istəyirsə,onda qoy Azərbaycanın ləzgi icması da, talışlar da, avarlar da həmin danışıqlarda iştirak etsin, çünki bu münaqişə onların gələcəyini haradasa hissiyyatlandırır”.
Rəsmi Bakı artıq müzakirə masasına Stepanakertin qayıtmasıyla bağlı baş nazirin mövqeyini tənqid edə bilib.
“Biz həmin bəyanatları necə danışıq prosessinin süqutu və qeyri konstruktiv status –kvonun qorunmasına istiqamətlənmiş addım hesab edirik”- deyə Azərbaycanın Xİ nazirinin spikeri Hikmət Hacıyev qeyd edib.Davit babayan istisna etməyib ki, Azərbaycan təmas xəttində həmçinin təcavüzlərə əl ata bilər.
Eyni zamanda, Nikol Paşinyanın Artsax adından danışmaq hüququna malik olduğunu vurğuladı. “Əlbəttə ki, cənab Paşinyan bu işdə Qarabağ adından danışmaq üçün mənəvi və siyasi hüquqa malikdir. Digər tərəfdənsə, Qarabağ kateqoriyası hüquqi və siyasi deyildir. Hətta cənab Robert Koçaryan və cənab Serj Sarkisyan Qarabağdan olsalar da bu ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinə əsas oldusada, bunun hüquqi əsasları yoxdur. Buna görə də bu iki ölçüyə riayət edilməlidir. Bir tərəfdən, Ermənistan Respublikasının rəhbəri kimi, Nikol Paşinyan bir mənəvi, siyasi və digər tərəfdən, qeyri-siyasi və qeyri-qanuni kateqoriyalar hüququna malikdir.Odur ki, gərək o istiqamətdə işlənilsin hansıyla ki, yalnız formatın tam bərpası istiqamətindədir”.

Daha çox göstər
Back to top button