Siyasət

DQ məsələsinin həlli Ermənistan üçün prioritetdir: Zohrab Mnatsakanyan

Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız bizim xarici siyasətimizin deyil, dövlətçiliyimizin və bütün təhlükəsizlik sistemimizin prioriteti olub və olacaqdır. Bu haqda ER Xİ naziri Zohrab Mnatsakanyan “Коммерсант”-a verdiyi müsahibədə qeyd edib.

“Dağlıq Qarabağ bizim üçün aydın adları olan insanların təhlükəsizlik məsələsidir. Bu, Dağlıq Qarabağın təhlükəsizliyidir. Onların təhlükəsizliyi və statusu bizim üçün vacib məsələdir. Dağlıq Qarabağın 150 min əhalisinin təhlükəsizlik məsələsi Ermənistan və ölkə xaricində yaşayan erməni ictimaiyyəti birləşdirir və konsolide edir. Biz ağıllı insanlarıq və DQ təhlükəsizliyi və statusu ilə bağlı bizim əsas narahatlıqlarımızı ortaya qoymaq üçün aydın əsaslarımız var. Bizə sülh içində yaşayan bir region lazım, lakin bu, insanların təhlükəsizliyinə təhdid etməməlidir”,-deyə Mnatsakanyan qeyd etdi. O deyib ki, erməni tərəfi bütün regionun sülhü və təhlükəsizliyi uğruna danışıqlar prosesini davam etmək istəyir.

ER Xİ naziri vurğulayıb ki, erməni tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinin formatında problemin sülh yolu ilə həlli üçün səylərini davam etdirir.

Daha çox göstər
Back to top button