Siyasət
Ermənistan Rusiyadan yeni hərbi texnika təchizatlarını gözləyir

Ermənistan Rusiyadan yeni hərbi texnika təchizatlarını gözləyir. Bunu jurnalistlərlə görüşdə ER müdafiə naziri Davit Tonoyan bildirib.
Müdafiə naziri detalları açıqlamadı, lakin RF-dan yeni silahların təchizatıilə bağlı sualına müsbət cavab verib.
Onun sözlərinə görə, bu gün Ermənistan MN-nin məqsədi müdafiə sahəsində silahlanmanın modernləşdirilməsi və orduda döyüş hazırlığının artırılması üçün hazırlanan layihələrin tam həyata keçirilməsidir.
“Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığı daha yüksək olmalıdır. Daha çevik olmalıdırlar, ki cari hərbi-siyasi təhdidlərə cavab verə bilsinlər”,-deyə o qeyd etdi.
Nazir əlavə etdi ki, Ermənistan SQ inkişafı etdirmə proqramında ciddi anti-korrupsiya elementləri mövcuddur.