Tigran Abrahamyan: Azərbaycan cəbhə xəttində fəallaşır

“Nisbədən sakit görünən vəziyyət reallıqda olduqca çətin proseslərdən ibarətdir”,-deyə Panorama.am-ə müsahibədə Artsax Respublikası prezidentinin məsləhətçisi Tigran Abrahamyan təmas xəttindəki vəziyyətlə bağlı sullara cavab verib.
Bu gün təmas xəttində nəzərdə tutulan monitorinq ərzində Azərbaycan tərəfindən ATƏT-in Minsk Qrupunu ön mövqələrinə çıxarmamasını təsadüf hesab etmir.
Abrahamyanın sözlərinə görə, rəqibin aprelin 12-dən göstərdiyi aktivlik müxtəlif şəkillərdə davam edir.
“Bəzən insanlar aktivlik derkən yalnız döyüş əməliyyatları anlayırlar, lakin daha geniş baxmaq lazım. Aktiv mühəndislik işləri, hərbi texnika və ya xüsusi bölmələrinin hərəkətləri, müharibə üçün hazırlıq təbliğatı və ya ölkənin daxili vəziyyətinin gərginləşməsinə yönəlmiş səylər, beynəlxalq qurumlarla işlərin aktivləşməsi ola bilərlər. Qeyd olunanlar davam edir”,-deyə Tigran Abrahamyan bildirib.
Artsaxın daxili siyasi məsələlərinin sərhəddəki vəziyyətlə əlaqələrinə dair sualına Bako Sahakyanın məsləhətçisi cavab verib ki, Azərbaycanda elə düşünürlər ki, Ermənistan və Artsaxda baş verən proseslər ictimaiyyəti bölə bilərlər və onlar üçün müharibənin başlanması üçün fürsət yaradılır, lakin olnar yalnış bilərlər.
“Əlbəttə ki, yeni proseslər bizdən, hakimiyyət və ictimaiyyətdən asıllıdır. Yalnız bunu əminliklə demək istəyirəm ki, Artsax prezidentinin addımları və bəyanatları Artsax və ümumiyyətlə bütün erməni xalqının konsolidasiyası, hakimiyyətə qarşı etibarın güclənməsi üçündür”.
Azərbaycan tərəfinin hərəkətlərinə cavab olaraq erməni tərəfinin tədbirlərinə dair isə, Abrahamyan qeyd edib ki, bu sualın cavabını ətraflı şəkildə cavab verə bilmir.