Siyasət

Brüsseldə Ermənistan-NATO əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu

Brüsseldə ER müdafiə naziri Davit Tonoyanın başçılıq etdiyi nümayəndə heyəti NATO rəhbərliyi və ayrı dövlətlərin həmkarları ilə bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirib.

Davit Tonoyan Yunanıstan milli müdafiə naziri Panos Kamenosla görüşüb. Görüş zamanı erməni-yunan hərbi əməkdaşlığın gündəm məsələləri və inkişaf prespektivləri müzakirə olundu. Iki tərəf də erməni-yunan hərbi əməkdaşlığın yüksək səviyyəsində olduğunu qeyd etdi. Davit Tonoyan və Panos Kamenos ikitərəfli və çoxtərəfli formatla bir sıra yeni birgə təşəbbüslərin həyata keçiriməsi ilə bağlı razılığa gəliblər.

Sonra isə, ER müdafiə naziri Davit Tonoyan NATO-nun Əfqanıstandakı «Qətiyyətli dəstək» missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısında iştirak edib. Müdafiə naziri iclas zamanı öz çıxışında missiyalarda ER öhdəliklərini bir daha da qeyd etdi.

ER müdafiə naziri Davit Tonoyan iclasdan sonra NATO baş katibinin müavini Rouz Gyotemoller ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı ER-NATO əməkdaşlığın cari və gələcək layihələri müzakirə olundu. Davit Tonoyan həmçinin Aİ xarii işlər xidmətinin baş katibinin müavini Pedro Seranoyla görüşüb.

Görüşdə regional təhlükəsizlik və ikitərəfli maraq doğuran diğər məsələləri müzakirə oundu.

Daha çox göstər
Back to top button