Siyasət
Erməni tərəfinin icazəsi ilə azərbaycanlı mülki sakinlər qəbiristanlığı ziyarət ediblər

Azərbaycan tərəfinin iyunun 6-da və 7-də etdiyi müraciəti əsasında Erməni ordusu Azərbaycan tərəfinə Günnüt kəndinin cənub istiqamətinə daxil olaraq, qəbirstanlıqları ziyarət etməyə icazə verib.Bu haqda ER Müdafiə Nazirliyinin sözçüsü Artsarun Hovhannisyan öz facebook səhifəsində yazıb.
«Bu cür xahiş ilk dəfədir ki, Azərbaycan tərəfindən edilib. Erməni tərəfi, humanitar normalara sadiq qalaraq, davamlı olaraq gərginliyin azaldılması üçün addımlar atmaqla mülki sakinlərin qısa müddət ərzində qəbristanlığa yaxınlaşmasına icazə verib”, – deyə Artsrun Hovhannisyan yalan məlumat yayıb.