BaşlıcaSiyasət

N.Paşinyan səfir Sacadini qəbul edib: “Biz erməni-İran əlaqələrinə yeni təkan verməkdə maraqlıyıq”

Baş nazir Nikol paşinyan Ermənistanda İran İslam Respublikasının fövqalədə və səlahiyyətli səfiri Seyid Kazem Sacadini qəbul edib.Bu haqda ER hökumətinin informasiya və ictimaiyyətlə əlqələr idarəsindən məlumatlandırılıb. Baş nazir Ermənistan-İran münasibətlərinin normal inkişaf etdiyini və bunun davamlı olması üçün ikitərəfli əməkdaşlığın yeni təkan alacağına ümidvar olduğunu bildirdi.”Biz ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün mümkün olan hər şeyi edəcəyik və qarşılıqlı maraqlar əsasında, Ermənistan-İran münasibətlərinə qarşılıqlı mənafelərinin əsası üzərində yeni stimul verilməsində maraqlığıq”-deyə Nikol Paşinyan bəyan edib.
Bu kontekstdə , səfir Sacadin ikitərəfli qarşılıqlı işgüzarlıq istiqamətində mövcud potensialın həyata keçirilməsi mühümlüyünü vurğulayaraq qeyd etdi ki, bütün şərait və imkanlar var.
Səfirin sözlərinə görə, Meğri azad iqtisadi zonanın fəaliyyəti həmçinin, İran və Avrasiya İqtisadiyyat İttifaqı arasında müvəqqəti azad ticarət uyğunlaşdırılması əhəmiyyətli dərəcədə kömək edə bilər.Həmsöhbətçilər arasında Meğri və Araz azad iqtisadi zonalar arasında əməkdaşlığın genişləndirilməsi, enerji, səhiyyə, yol tikintisi və kənd təsərrüfatı sahəsində əlaqələrin dərinləşməsinə dair məsələlər müzakirə olunub. Nikol Paşinyan və cənab Sacadi infrastruktur və ikitərəfli müntəzəm uçuşların təkmilləşdirilməsi qeyd etməklə yanaşı, turizm sahəsində və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ardıcıl addımlar lazım olduğunu vurğuladı.
Tərəflər birgə Ermənistan-İran birgə sərmayə proqramları prosesinə də toxundu.

Daha çox göstər
Back to top button