Siyasət
Artsaxda rəqib atəşindən erməni hərbçi ölümcül yaralanıb

Artsax hərbi hissələrindən birində müqaviləli erməni hərbi qulluqçu həlak olub.
Artsax MN mətbuat xidmətindən verilən məlumata görə, iyunun 10-da saat 18:00 radələrində, rəqib tərəfindən açılmış atəş nəticəsində MO cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində müqaviləli erməni hərbi qulluqçu 1992-ci il təvəllüdlü Vahagn Eloyan ölümcül yaralanıb.
Hədisənin təfərrüatlarının aydınlaşdırılması üçün istintaq əməliyyatları həyata keçirilir.
Artsax Respublikası Müdafiə Nazirliyi həlak olan hərbçinin ailə üzvlərinə, dostlarına və xidmət yoldaşlarına dərin hüznlə başsağlığı verir və kədərini bölüşür.