Nikol Paşinyan Daron Açemoğlu ilə telekonferans keçirdi
ER Baş naziri Nikol Paşinyan, Baş nazir müavini Tigran Avinyan, Baş nazir müavini ofisinin sədri Varag Siseryan, Strateji Təşəbbüslər Mərkəzinin direktoru Aleksandr Xaçaturyan, Stabil İnkişaf Məqsədi İnnovasiya labın müdiri Erik Gyulazyan dünyaca məşhur iqtisadçı, professor daron Açempoğlu ilə telekonferans keçirdi. Bu haqda ER hökumətinin informasiya və ictimaiyyətlə şöbəsindən məlumat verirlər.
Baş nazir hökumətin proqramlarını və prioritetlərini təqdim edib. İqtisadçı vurğulayıb ki, bir sıra sahələrdə qısa müddətli, orta müddətli və uzun müddətli institusional islahatlar həyata keçirmə zamanıdır. Bunlar konkret olomalıdırlar ki, müəyyən bir müddətdə nəticələri görə bilsək.
Daron Açemoğlu hakimiyyətin müxtəlif sahələrində hökumət fəaliyyətlərinin şəffaflığını artıran institusional çevik mexanizmlərin tətbiqinə əhəmiyyət verib. Beləliklə, ictimaiyyət hakmiyyətin fəaliyyətlərini izləyə biləcək. “Cari hökumətinin fəaliyyətləri nəticəsində vətəndaşlar siyasətdə öz cəlbini hiss edirlər. Ermənistanda insanlar həqiqətən həyəcanlanlıdır və siyasətin bir hissəsi olmaq istəyirlər”,-deyə Daron Açemoğlu qeyd etdi.
İqtisadçı inkişaf etdirmə, demokratikləşmə və islahatların həyata keçirilməsi üçün hər hansı bir formatda Ermənistan hökumətinə dəstək verməyə hazır olduqlarını dilə gətirdi.
Onlar yaxın vaxtlarda yuxarıda qeyd olunan məsələlərə dair müzakirələrin davam etdirilməyə razılaşdılar.