Siyasət

Zohrab Mnatsakanyan KTMT XİN rəhbərlərinə Azərbaycan tərəfinin hərəkətləri nəticəsində Artsaxda MO hərbçisinin həlak olduğunu deyib

ER Xİ naziri Zohrab Mnatsakanyan Almatıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.

Nazirlər 2017-ci il noyabr ayında Minskdə keçirilmiş KTMT zirvəsində əldə edilmiş razılaşmaların həyata keçirmə prosesinə toxundular.

KTMT Xarici İşlər Nazirləri Şurasının iclası gündəmində təşkilat çərçivəsində xarici siyasətin qurulması, müdafiə və təhlükəsizlik sahəsində illik məsləhətləşmə proqramı, regional və beynəlxalq problemlər və təhdidlər, terrorizmlə mübarizə, təşkilatın sülhməramlı missiyaları ilə bağlı məsələlər daxildi.

Zohrab Mnatsakanyan təşkilatda Ermənistanın prioritetlərini, regional və beynəlxalq təhdidlər və probləmləri ilə bağlı Ermənistan yanaşmalarını təqdim edərək təşkilat çərçivəsində əməkdaşlığın güclənməsi mexanizmlərinə, sülhməramlı missiyalarda KTMT-nin potensialının davamlı inkişafına da toxundu.

ER Xİ naziri öz həmkarlarına Azərbaycan tərəfinin hərəkətləri nəticəsində Artsax MO-nun hərbçisinin həlak olduğunu da bildirib. Bu kontekstdə nazir Mnatsakanyan Ermənistan və Azərbaycan sərhədində, həmçinin Azərbaycan və Artsax təmas xətti boyunca Bakı hərəkətlərini təqdim edərək bunların qəbuledilməz və məsuliyyətsiz addımlar olduğunu qeyd etdi. Bu addımlar vəziyyəti gərginləşdirmək məqsədini daşıyırlar və sülh danışıqlarında irəliləyişin təmin edilməsi üçün Azərbaycanın öhdəliyini sual altına qoyurlar.

Daha çox göstər
Back to top button