BaşlıcaSiyasət

Ara Babloyan Polşa parlamentinin nümayəndə heyətini qəbul etmişdir

ER MP sədri Ara Babloyan Polşa Seyminin Polşa-Ermənistan parlament qrupunun rəhbəri Tadeusz Vozniakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Milli Parlamentdən məlumat verilib.Ara Babloyan,bu səfərin iki ölkə arasında dostluq əlaqələrinin dərinləşməsinə və inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi və parlament rəhbəri parlament dostluq qrupları arasında əməkdaşlığın daha da canlandırılmasını olduqca zəruri hesab etdilər.
Polşa -Ermənistan dostluq qrupunun rəhbəri iki ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi və genişləndirilməsini mühüm hesab edib.Tadeuj Vojniak polyakların ermənilərə və Ermənistana olan hörmətini və xoş diləklərini qeyd etdi.
Deputatlar qrupunun rəhbəri qeyd edib ki, Erməni Soyqırımı Xatirə kompleksinə ziyarətlərindən olduqca təəssüratlıdır.”Baş verənlər ürək ağrıdıcı və faciədir.Ümid edirəm ki, dövlətlər gələcək cinayətlərin qarşısını almaq üçün hər şey edəcəklər”-deyərək polyak parlamentar bəyan edib. Tadeuj Vojniak Ermənistan-Avropa Birliyi əməkdaşlıq Tərəfdaşlığı Sazişi çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın dərinləşdirilməsi üçün perspektiv və imkanlar barədə danışaraq, Ermənistanı dəstəkləmək və Ermənistan təcrübəsi ilə bölüşməyə hazır olduğunu bildirib.

Daha çox göstər
Back to top button