Azərbaycanın sabiq diplomatı hakimiyyəti xalqı nağıllarla uydurma praktikasını dayandırmağa çağırdı
Azərbaycanın sabiq diplomatı Arif Məmmədov Azərbaycan KİV-lərində Azərbaycan qoşunları tərəfindən 11 hektar ərazilərin “azad edilməsi”-nə dair saxta məlumatlarına toxundu.
Bu barədə Məmmədov öz facebook səhifəsində yazıb.
“Naxçıvan sərhədində 11.000 hektar ərazilərin döyüşsüz azad edilməsi kimi nağıllara inanan bir nəfər varmı? Bunlar 11.000 hektar nə deməkdir anlayırlar nə deməkdir, yoxsa riyaziyyatlə də ciddi problemləri var???
O istiqamətdə ermənilər yalnız Ermənistanın ərazisində yerləşən və vaxtı ilə Azərbaycanlılar yaşadığı Kərki anklavını nəzarətə almışdılar.
Naxçıvanın əraziləri isə o cümlədən Günnüt kəndi heç vaxt işğal olunmamışdır. Bunu həm də bizim rəsmi xaritələr təsdiq edir. Neytral zonada yerləşən, heç bir hərbi əhəmiyyəti olmayab, boş, nəzarətsiz bir qışlağı strateji bir ərazi kimi təqdim etmək gülüncdür.
Biz artıq işsizliyin səviyyəsinin 5 faizdən az olması, Azərbaycanda bütün insan haqları qorunması, Almaniyanın dağılması kimi nağılları eşitmişdik. İndi də xalqa döyüşsüz qələbələr barədə nağılları söyləyirlər.
Nə qədər xalqı nağıllara yedizdirmək olar???
Belə getsə biz doğrudan da Yerevanı döyüşsüz azad edəcəyik.
Biz virtual qələbılərdən danışdığımız zanan, ermənilər virtual yox, real demokratik cəmiyyət qurmağa başlayıblar. Korrupsiya ilə amansız mübarizə aparılır, gömrükdə bütün məhdudiyyətlər aradan galdırılır və s.
Bizdə isə hakimiyyət xalqın başını virtual qələbələr və nağıllarla qatır”.
Xatırladaq ki, iyunun 8-də Azərbaycan KİV-ləri saxta məlumat yaymışdı, guya Azərbaycan ordusu təxminən 11 min hektar ərazi işğal edərək Günnüt kəndinə yaxın olan yüksəklikləri də nəzarət altına almışdır.