Bako Sahakyan 2020-ci ildə keçiriləcək prezident seçkilərdə iştirak etməyəcək
Artsax prezidenti Bako Sahakyan Artsax və Ermənistan ictimai televiziya şirkətlərinə verdiyi müsahibədə bəyan edib ki, 2020-ci ildə respublika prezidentinin namizədi olaraq seçkilərdə iştirak etməyəcək.
“Bilirsiniz ki, 2017-ci ildə xalqımız referendumla yeni Konstitusiyanı qəbul etdi. Buna görə, qanunvericilik sahəsini yeni Konstitusiya ilə uyğunlaşdırmaq üçün üç il müddətinə keçid mərhələsi nəzərdə tutulur”,-deyə B. Sahakyan qeyd etdi.
Onun sözlərinə görə, 2020-ci ildə Konstitusiyaya əsasən Artsax Respublikasında prezident seçkiləri keçiriləcəkdir.
“Mən rəsmi şəkildə bəyan etmək istəyirəm ki, prezident namizədi olaraq seçkilərdə iştirak etməyəcəyim. Mən Artsax Respublikasının yeni prezidentini seçən bir vətəndaşı olaraq iştirak edəyəcim. Bu, demokratik və mədəni ölkənin qurulması üçün şüurlu bir qərardır.
Prezident və parlament seçkilərində mən fəaliyyətdə olan bir prezident olaraq qanunla müəyyən edilmiş qaydada mənim səlahiyyətim çərçivəsində seçkilərin azad, ədalətli və şəffaf olması üçün bütün zəruri tədbirləri görəcəyəm”,-deyə B. Sahakyan bildirdi.