Siyasət

ER Baş naziri Danimarka statistik xidmətinin sədri Yorgen Elmeskofu qəbul etdi

Nikol Paşinyan Danimarka statistik xidmətinin sədri Yorgen Elmeskofu qəbul etdi. Bu haqda ER hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayılıb.

Baş nazir idarəetmə sisteminin effektiv fəaliyyətində və qərarların qəbul edilməsi prosesində rəsmi statistikanın əhəmiyyətini vurğulayaraq ikitərəfli və çoxtərəfli formatda Ermənistan statistika komitəsi və Danimarka statstik xidməti arasında sıx əməkdaşlığın zərurətini qeyd edib. Nikol Paşinyan hər platformanın peşəkar əlaqələr və təcrübə mübadiləsi üçün vacib olduğunu qeyd edərək bildirib ki, Yerevanda keçirilən toplantı əməkdaşlığın güclənməsi və ER statistik sisteminin modernləşdirilməsi üçün faydalı olacaqdır.

Baş nazir qeyd etdi ki, ER milli statistika komitəsi obyektiv və müstəqil olmalıdır və bu ictimai etibarın təmin olunmasına töhfə verəcəkdir. Baş nazirin sözlərinə görə, bu, ER hökuməti gündəminin prioritetlərindən biridir.

Yorgen Elmeskof erməni həmkarları ilə səmərəli əməkdaşlığın qurulmasını qeyd edərək  yeni standartlar tətbiq etmə zərurətinə toxundu. Onun sözlərinə görə, bunlar obyektiv və tərəfsiz statistik sisteminin formallaşmasına yönəlmişdir.

Görüş zamanı həmçinin ER statistika komitəsi tərəfindən həyata keçirilən islahatları müzakirə olundu.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button