Mədəniyyət
Erməni və azəri qızlar bir səhnədə “Sarı gəlin” mahnısının öz vərsiyasını ifa edib
Gürcüstanın paytaxtı Tbilisidə “KavkazJazzFestival-2018” caz festivalı çərçivəsində bir səhnədə Ermənistanı və Azərbaycanı təqdim edən müğənnilər çıxış edərək “Sarı gəlin” mahnısının öz versiyalarını ifa edib.
“rusarminfo.ru” saytına əsasən, erməni Anna Badalyan və azərbaycanlı Narqila Meytova “Sarı gəlin” mahnısını dudukçu İvan Mkrtçyanın, eləcə də gürcü İriano etno caz qrupunun müşayiəntiylə ifa edib.
Onlar ardıcıllıqla ifa edib: Meytova ilk cümlə azərbaycanca oxuyub, sonra da Badalyan artıq ermənicə davam edib.
Əlavə edək ki, KavkazJazzFestival-2018 iyunun 7-də başlanıb. Orada Gürcüstan, Ermənistan, Azərbaycan və Türkiyədən cazmenler iştirak edib. Festivalın əsas məqsədi Cənubi Qafqazda cazın yayılmasıdır.