İdman
Levon Aronyan “Grand Chess Tour” turnirinə başlayır

Erməni şahmatının lideri Levon Aronyan “Grand Chess Tour” turnirinə başlayır.
Bu ilki “Grand Chess Tour” turunun ilk mərhələsi 12-16 iyun tarixlərində Belçikanın Lyoven şəhərində keçiriləcək.
Turnirdə Levon Aronyan, Faviano Karuanan, Şahriyar Məmədyarov, Maksim Vaşie-Laqrav, Aniş Qiri, Sergey Karyakin, Uelsi So, Hikaru Nakamura, Aleksandr Grişçuk və Vişvanatan Anand iştirak edəcəklər.
İştirakçılar 9 turda sürətli şahmat, 18 tur isə blits şahmat oynayacaqlar. Sürətli şahmatda qələbə üçün 2 xal veriləcək, heç-heçə üçün 1 xal, blits şahmatda zəfər üçün 1 xal, heç-heçə üçün 0.5 xal veriləcək.
Şürətli şahmat oyunları 12-14 iyun tarixlərində, blits şahmat oyunları isə 15-16 iyun tarixlərində keçiriləcək.