İctimaiyyət

“Tolışon sado” qəzetinin baş redaktoru Rafiq Cəlilov saxlanılıb

“Tolışon sado” (“Talışın səsi”) qəzetinin baş redaktoru Rafiq Cəlilov saxlanılaraq Lənkəran rayon polis bölməsinə aparılıb. Sosial şəbəkələrdə yayılan bu məlumatı R.Cəlilov telefonla Turan agentliyinə təsdiqləyib.

R.Cəlilov deyib ki, maşında gedərkən polis avtomobili yolda maşının qarşısını kəsib və ondan maşından düşərək polisə getməsini tələb edib.

“Üç saatdır ki, polisdəyəm”, – R.Cəlilov qeyd edib. Bu müddətdə ondan qəzetin fəaliyyəti ilə bağlı soruşublar.

Lənkəran polis bölməsindən şərh almaq mümkün olmayıb.

DİN-in saytında göstərilən telefon nömrəsinə cavab vermirlər

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button