Baş nazir Nikol Paşinyan Yerevana gəlmiş ATƏT MQ həmsədrləri İqor Popovu, Endryu Şoferi, Stefan Viskontini və ATƏT fəaliyyətdəki sədrin şəxsi təmsilçisi Ancey Kaspeşiki qəbul edib.
Bu haqda “Armenpresə ER hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən məlumatlandırılıb. Baş nazir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda həmsədr roluna böyük əhəmiyyət verir və səmərəli əməkdaşlıq qurulacaq əminliyini bildirib. Nikol Paşinyan həmsədrləri Ermənistan Respublikasının Baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün səylərini əsirgəməyəcəyini bildirib. Görüş iştirakçıları münaqişənin sülh yolu ilə həlli altında tərəflər öhdəliklərin eləcə də Vyana, Sankt-Peterburq və Cenevrə sammitində əldə edilmiş razılaşmaların mütləq həyata keçirilməsinin lazım olduğunu vurğuladı. ATƏT-in Minsk Qrupunun həmsədrləri gələcək planları barədə baş nazirə məlumat verib.
Həmsöhbətçilər danışıq prosessini irəliyə aparmaq üçün müvafiq mühitin formalaşması istiqamətində əldə olunan addımları müüzakirə etmiş münaqişə xəttindəki vəziyyətə toxunmuşlar.