Siyasət

ER XİN-də Ermənistan-Avropa Şurası fəaliyyət planının vəkalət komitəsinin iclası keçirilib

ER XİN-da Ermənistan-Avropa Şurası fəaliyyət planının vəkalət komitəsinin iclası keçirilib. Bunun məqsədi insan hüquqları müdafiəsinin, ədalətin, hüququn üstünlüyünün və demokratik idarəetmə sahələrinin islahatlarına yönəlmiş 2015-2018-ci il Fəaliyyət planı nəticələrinin yekunlaşdırılması və 2019-2022-ci il Fəaliyyət planının prioritet istiqamətlərinin müəyyən edilməsi idi.

ER XİN-dən verilən məlumata görə, ER Xİ nazirinin müavini Karen Nazaryan qeyd etdi ki, Avropa Şurasının Ermənistan üçün nəzərdə tutulan Fəaliyyət planı ölkədə demokratiyanın güclənməsi, əsas azadlıqlarının təmin olunmasında böyük rol öynayır. Xİ nazirinin müavini AŞ dəstəyi ilə həyata keçirilən geniş qanunvericilik islahatlarını yüksək qiymətləndirib.

AŞ Baş müdirliyi layihələr ofisinin direktoru Verena Teylor Ermənistan hökumətinin proqramın həyata keçirilməsinə yönəlmiş siyasi iradəsini alqışlayaraq qeyd edib ki, Fəaliyyət planı bir yetkin demokratiya mərhələsinə girən Ermənistanın gələcəyi üçündür.

Erməni tərəfi sıx əməkdaşlığı davam edərək Fəaliyyət planını tam yerinə yetirmə və gələcək 2019-2022-ci il planını həyata keçirmə öhdəliklərini yenidən təsdiq etdi.

Daha çox göstər
Back to top button