İranlı erməni xeyriyyəçilərinin verdiyi vəsaitləri ilə Matağis-Taliş yolu inşa ediləcək
Noyabr ayında keçiriləcək fandreyzinq-telemaratoı üçün iranlı erməni iş adamı, xeyriyyətçi Henrik Ter-Ğukasyan həyat yoldaşı ilə Artsaxda Matağis-Taliş yolunun bərpası üçün pul bağışlamağa qərar verdilər. “Armenpress”-in verdiyi məlumatına görə, bu haqda jurnalistlərlə görüşdə fondun direktoru Ara Vardanyan bildirib.
“Henrik Ter-Ğukasyan və həyat yoldaşı Artsaxda “Talişin dirçəlişi” təşəbbüsünün açılışında iştirak etdikdən sonra 1 milyon 300 min dollar bağışlama qərarı verdi. Bu vəsaitlər matağis-taliş polunun bərpası üçün xərcələnəcək”,-deyə Vardanyan qeyd etdi.
Təxminən 10 gündən Ter-Ğukasyan Ermənistana gələcək və bütün məsələlər müzakirə olunacaq.
Vardanyanın sözlərinə görə, bu cür xeyriyyətçilər çoxdur. Bəzi xeyriyyəçilər nəyi inşa etmək istədiklərini bilirlər, bəziləri isə dəstək edirlər, lakin seçimi fonda və ya məsuliyyət daşıyan başqa birinə buraxırlar.